Bakı. Trend:
Türkiyə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş təklifi qüvvədədir.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu "A Haber" telekanalına müsahibəsində deyib.
"Ermənistanın xarici işlər naziri Antalya Diplomatiya Forumuna gəldi. Mən üçtərəfli görüşün keçirilməsini istədim. Antalyada bu, mümkün olmadı. Ermənistan bizə və Azərbaycana qarşı davranışları ilə özünü təcrid etmişdi. Hər şeyin bir gündə normallaşması mümkün deyil. Bu istiqamətdə işlər davam edir. Üçtərəfli görüş təklifi qüvvədədir və Bakı buna qarşı deyil", - M.Çavuşoğlu deyib.