Bakı. Trend:
2018-ci ilin aprelin 11-də cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirdi. Həmin tarixi hadisədən 4 il keçir.
Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin növbəti buraxılışı Prezident İlham Əliyevin prezidentlik fəaliyyəti, hakimiyyəti illərində Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirdiyi çoxşaxəli və yorulmaz fəaliyyəti, tarixi Qarabağ Zəfəri və digər vacib məqamlara həsr edilib.
Proqramın qonağı siyasi ekspert, 1-ci Qarabağ müharibəsinin veteranı Elşad Həsənov olub.
E.Həsənov bildirib ki, 4 il əvvəl Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə böyük etimad göstərməklə ölkəmizin gələcək inkişafına, sabitliyə, tərəqqiyə səs verdi: “Ötən bir neçə il bir daha göstərdi ki, xalqımız öz taleyini İlham Əliyevə etibar etməklə çox düzgün qərar verib. Bu illər ərzində İlham Əliyev Azərbaycanı gücləndirib, qüdrətli ölkəyə çevirib. Bu gün İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dünyada xüsusi nüfuza və çəkiyə malik olan ölkədir. Bir sözlə, İlham Əliyev xalqın ona göstərdiyi etimadı ən yüksək səviyyədə doğruldub”.
Siyasi ekspert xüsusilə son 4 ilin möhtəşəm uğurlarını vurğulayaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası, Vətən Müharibsəində qazanılan tarixi Zəfər, diplomatik müstəvidə ələ edilən unikal üstünlüklər, iqtisadi yüksəliş, dünya miqyaslı nəhəng layihələrdən danışıb, bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Videolayihəni təqdim edirik.