Bakı. Trend:
Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki müəyyən olunub və bu qrafiklər komitə sədrlərinə təqdim ediləcək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, aprel ayından etibarən Milli Məclisin komitə
iclaslarının Şuşada keçirilməsinə başlanılıb və artıq iki komitə
Şuşada iclas keçirib.
S.Qafarova vurğulayıb ki, Milli Məclisin komitələrinin Şuşada
iclasının keçirilməsi "Şuşa ili"nə töhfə vermək niyyəti
daşıyır.