...

Məmnunluqla qeyd edirik ki, Azərbaycan və Qırğız Respublikası arasında hər hansı siyasi ziddiyyət yoxdur - Sadır Japarov

Siyasət Materials 20 Aprel 2022 14:34 (UTC +04:00)
Məmnunluqla qeyd edirik ki, Azərbaycan və Qırğız Respublikası arasında hər hansı siyasi ziddiyyət yoxdur - Sadır Japarov

Bakı. Trend:

Məmnunluqla qeyd edirik ki, Azərbaycan və Qırğız Respublikası arasında hər hansı siyasi ziddiyyət yoxdur.

Trend xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı deyib.

Qırğız dövlət başçısı bildirib:

"İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdaram. Azərbaycanlı qardaşlarımız tərəfindən ənənəvi qonaqpərvərliyə və səmimi qəbula görə bizim nümayəndə heyəti adından təşəkkürümü bildirirəm. Fikrimcə, rəmzi haldır ki, bizim bugünkü görüşümüz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli lideri möhtərəm Heydər Əliyev tərəfindən qoyulub.

Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub saxladığınıza görə Sizə minnətdarlığımı bildirim. Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı. Bu, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrdir. Bu baxımdan məmnunluqla qeyd edirik ki, iki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur. Buna görə biz bu əlverişli şəraitdən istifadə etməyə və qurucu səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə əməkdaşlığımızı genişləndirməyə borcluyuq.

Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli türk dəyərləridir".

Xəbər lenti

Xəbər lenti