...

Daha 3 rayona yeni prokuror təyin edildi

Siyasət Materials 20 Aprel 2022 19:20 (UTC +04:00)
Daha 3 rayona yeni prokuror təyin edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda daha 3 rayona yeni prokuror təyin edilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Prokuror Kamran Əliyevin imzaladığı əmrlə Sumqayıt şəhər prokurorunun müavini Elnur Cəfərov tutduğu vəzifədən azad edilərək Ağsu rayon prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə Ağsu rayon prokuroru Rəşad Mansurov isə vəzifəsindən azad edilərək Salyan rayon prokuroru təyin olunub.

Kamran Əliyevin daha bir əmri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Emil Kərimov tutduğu vəzifədən azad edilərək Oğuz rayon prokuroru təyin olunub.

Qeyd edək ki, bu gün Baş Prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə, həmçinin, Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti