...

Azərbaycan Aİ ilə tezliklə yeni hərtərəfli sazişin imzalanacağına ümid edir - XİN rəsmisi

Siyasət Materials 12 May 2022 11:10 (UTC +04:00)
Azərbaycan Aİ ilə tezliklə yeni hərtərəfli sazişin imzalanacağına ümid edir - XİN rəsmisi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə tezliklə yeni hərtərəfli sazişin imzalanacağına ümid edir.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Novruz ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.

"Azərbaycan və Aİ bir-biri üçün anlayışlı tərəfdaşdır. Məhz buna görə bizim əməkdaşlığımız bundan sonra da inkişaf edəcək", - deyə o bildirib.

R.Novruzun sözlərinə görə, Aİ Azərbaycan üçün təkcə ən iri ticarət tərəfdaşı deyil, həm də investisiyalara görə birinci yeri tutur.

"Azərbaycan da ikitərəfli münasibətlərlə bağlı Aİ kimi gələcəyə baxır", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti