...

Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb - Putin

Siyasət Materials 26 May 2022 11:12 (UTC +04:00)
Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb - Putin

Bakı. Trend:

Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.

Trend xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib.

"Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir", - deyə məktubda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti