...

Finlandiya və İsveç Türkiyənin tələblərini yerinə yetirməlidir - Stoltenberq

Siyasət Materials 27 May 2022 15:05
Finlandiya və İsveç Türkiyənin tələblərini yerinə yetirməlidir - Stoltenberq

Trend-i buradan izləyin

Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı Türkiyənin tələblərini yerinə yetirməlidir.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq İspaniya radiosuna açıqlamasında deyib.

"Müttəfiq məsələni qaldıranda, onu tənzimləmək lazımdır. Hər zaman belə olub. Heç kim Türkiyə qədər terror hücumlarına məruz qalmayıb. "Kürdüstan İşçi Partiyası" (PKK) Avropa İttifaqında, o cümlədən İsveç və Finlandiyada terror təşkilatarı siyahısındadır. Ümid edirəm ki, bu məsələ həll olunar və Finlandiya ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı iyunun sonundakı Madrid sammitinə qədər razılıq əldə edilər", - NATO rəhbəri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti