...

Azərbaycan Moldova ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edir - XİN

Siyasət Materials 29 May 2022 15:11 (UTC +04:00)
Azərbaycan Moldova ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edir - XİN

Bakı. Trend:

Azərbaycan Moldova ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Moldova ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə “Twitter” səhifəsindəki paylaşımda deyilir.

"Bu gün Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Moldova Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan-Moldova əməkdaşlığının daha da inkişaf edəcəyinə ümid edirik", - deyə paylaşımda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti