...

Qazaxıstan referendumla bağlı Bakıdakı səfirliyində seçki məntəqəsi açacaq

Siyasət Materials 31 May 2022 13:59 (UTC +04:00)
Qazaxıstan referendumla bağlı Bakıdakı səfirliyində seçki məntəqəsi açacaq

Bakı. Trend:

Qazaxıstanın Azərbaycandakı səfirliyi yanında 262 saylı seçki məntəqəsində Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklərin və əlavələrin edilməsi ilə bağlı respublika referendumu keçiriləcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 18 yaşına çatan, qüvvədə olan seçki hüququna malik hər bir Qazaxıstan vətəndaşı referendumda iştirak etmək üçün konstitusiya hüququna malikdir. Qazaxıstan Respublikası Səfirliyi yanında 262 saylı seçki məntəqəsinin seçicilər siyahısına məskunlaşdığı ölkədə daimi və ya müvəqqət yaşayan, etibarlı Qazaxıstan Respublikası vətəndaşı pasportuna malik bütün vətəndaşlar daxildir.

Hörmətli seçicilər! Seçicilər siyahısına düşmək olmaq üçün, Azərbaycan Respublikası ərazisində olan hər bir vətəndaş "Referendum" mövzusu ilə [email protected] elektron ünvana öz məlumatları öncədən göndərməlidir (S.A.A., doğum tarixi, FİN, yaşayış ünvanı, əlaqə məlumatları).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti