...

XİN başçısı Venesuela Bolivardan olan həmkarı ilə onlayn formatda görüşüb (FOTO)

Siyasət Materials 17 İyun 2022 18:52 (UTC +04:00)
XİN başçısı Venesuela Bolivardan olan həmkarı ilə onlayn formatda görüşüb (FOTO)

Bakı. Trend:

17 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə onlayn formatda görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər, ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıblar. Nazirlər, ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə ediblər.

Nazir Ceyhun Bayramov iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, Venesuela və Azərbaycanın QH və BMT daxil olmaqla, çoxtərəfli platformada əməkdaşlığının əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını qeyd edib. Həmçinin münasibətlərin irəlilədilməsi baxımından siyasi məsləhətləşmələr mexanizminin davam etməsinin önəmi səsləndirilib.

Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti