...

Nikolas Maduronun Azərbaycana işgüzar səfəri başa çatıb

Siyasət Materials 17 İyun 2022 22:12 (UTC +04:00)

Bakı. Trend:

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycan Respublikasına işgüzar səfəri iyunun 17-də başa çatıb.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Nikolas Maduronu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti