...

DSMF və İşsizlikdən Sığorta Fondunun yeni büdcəsi ikinci oxunuşda təsdiq edildi

Siyasət Materials 28 İyun 2022 12:16 (UTC +04:00)
DSMF və İşsizlikdən Sığorta Fondunun yeni büdcəsi ikinci oxunuşda təsdiq edildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181,4 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,0 milyon manat və ya 0,6 faiz çoxdur.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti