...

Qarabağ alternativ enerji sahəsində önəmli yer tuta bilər - Bosniya və Herseqovinanın sabiq baş naziri

Siyasət Materials 6 İyul 2022 10:59 (UTC +04:00)
Qarabağ alternativ enerji sahəsində önəmli yer tuta bilər  - Bosniya və Herseqovinanın sabiq baş naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ alternativ enerji sahəsində önəmli yer tuta bilər.

Bunu Trend-ə özəl açıqlamasında Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya deyib.

Onun sözlərinə görə, Qarabağ Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Uzun illər işğal altında olan Azərbaycanının əzəli torpaqlarında işğaldan sonra hazırda misli görülməmiş sürətli bərpa-quruculuq işləri aparılır.

"Qarabağ Azərbaycanın bir parçası olmaqla yanaşı, özündə bir neçə mənanı ehtiva edir. Qarabağ orada törədilən soyqırımların, təcavüzün, beynəlxalq hüququn tapdanmasının simvoludur", - deyə Z.Laqumdziya bildirib

Qarabağın enerji sahəsində potensialından bəhs edən sabiq baş nazir, bu regionun Azərbaycan üçün olduğu qədər dünya ölkələri üçündə önəmli sayıla biləcəyini qeyd edib .

"Qarabağın bir çox sahədə potensialı var. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Qarabağda Azərbaycanın bir hissəsi olaraq düşünürəm ki, bu istiqamətdə önəmli yerə sahib ola bilər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti