Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycanda məhdud sağlamlıq imkanları olan şəxslərin reabilitasiyası və reinteqrasiyası sahəsində həyata keçirilən islahatları dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko "Azərbaycanda məhdud imkanlı şəxslərin reabilitasiyası sistemində islahatalara dəstək" adlı Aİ layihəsinin təqdimatında deyib.
"Azərbaycanda bu islahatlar sistemin modernləşdirilməsinə, innovativ xidmət və personal təliminə yönəlib. Ölkə bu istiqamətdə, eləcə də təhsil, əmək bazarı sahələrində Aİ-nin öncül təcrübəsindən yararlanacaq", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)