...

Status məsələsini yenidən gündəmə gətirmək Ermənistan üçün yaxşı heç nə vəd etmir - Deputat

Siyasət Materials 19 İyul 2022 12:04 (UTC +04:00)
Status məsələsini yenidən gündəmə gətirmək Ermənistan üçün yaxşı heç nə vəd etmir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə öz torpaqlarını işğaldan azad etdi və münaqişəyə son qoydu. Artıq münaqişə geridə qalıb və regionda dayanıqlı sülhün bərqərar olması üçün yeni imkanlar yaranıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, təəssüflər olsun ki, Ermənistan hələ də öz xislətindən əl çəkməyərək yenidən status məsələsini gündəmə gətirməyə cəhd edir.

“Son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmaqla regionda sülh prosesinin aparılmasına əngəl yaradır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağa hər hansı bir status verilməsindən söhbət gedə bilməz və münaqişədən sonra imzalanmış sənədlərin heç birində status məsələsi əks olunmur.

Münaqişədən sonra imzalanmış üçtərəfli sənədlərdə reagionda yaranmış yeni reallıqlar öz əksini tapır, sülh və sabitliyin bərqərar olması və əməkdaşlığın qurulması üçün vacib şərtlər göstərilir. Lakin status məsələsindən heç bir söhbət getmir və gedə də bilməz. Bununla bağlı Azərbaycan qəti mövqeyini ortaya qoyub və hər hansı bir status ola bilməz. Azərbaycanın bu mövqeyi artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir”, - deyə deputat bildirib.

A.Həsənova bildirib ki, status məsələsini yenidən gündəmə gətirməyə cəhd etmək Ermənistan üçün yaxşı heç nə vəd etmir.

“Ermənistan rəhbərliyi anlamır və ya anlamaq istəmir ki, status məsələsi artıq tarixə qovuşub və bu ölü mövzunu yenidən diriltməyə cəhd etmək özünü məhv etməyə bərabər addımdır.

Ermənistan hələ də anlamır və ya anlamaq istəmir ki, artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edib. Ermənistan artıq başa düşməlidir ki, onun təxribatçı mövqeyi, regionda dayanıqlı sülhün əldə olunması yolunda yaratdığı əngəllər dünya birliyi tərəfindən qəbul olunmur”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində dalan bir ölkəyə çevrilib, dərin sosial-iqtisadi və siyasi böhran içərisindədir.

“Bu gün heç kim, heç bir ölkə Ermənistana kömək edə bilmir. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək əməkdaşlıq etməkdir. Lakin Ermənistan rəhbərliyi reallıqdan uzaqlaşaraq yenə də hansısa xülyalara qapılırlar, status məsələsini gündəmə gətirməyə cəhd edirlər. Ancaq bu xülyalar Ermənistanı daha ağır vəziyyətə sala bilər”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti