...

Fransa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır

Siyasət Materials 19 İyul 2022 15:53 (UTC +04:00)
Fransa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır

Bakı. Tremd:

Srağagün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb. Cənubi Qafqazda davamlı sülh üçün çalışmaq əzmində olan Fransa bu görüşü alqışlayır.

Trend xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda deyilir.

"Fransa Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun davam etdirilməsinə tərəfdar olduğunu bir daha bəyan edir ki, bu ölkələr öz münasibətlərinin normallaşması üçün əlverişli şərait yaratsınlar", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti