...

Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət sahəsi məlum olub

Siyasət Materials 21 İyul 2022 17:22 (UTC +04:00)
Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət sahəsi məlum olub

Bakı. Trend:

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsində əksini tapıb.

Xidmət Zəngilan şəhərində yerləşəcək.

Xidmətin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktor olacaq.

Müşahidə Şurası Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 üzvdən – Şuranın sədrindən və digər 4 üzvdən ibarət olacaq. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək.

Xidmətin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirəcək. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini olacaq.

Xidmətin nizamnamə fondunun məbləği 500 000 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti