Füzuli. Trend:
Azərbaycan Media İnkişafı Agentliyinin təşkil etdiyi birinci Beynəlxalq Media Forumunda iştirak etmək üçün 20-yə yaxın ölkədən xarici media nümayəndələri və ekspertlərdən ibarət nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Trend-in müxbirinin verdiyi məlumata görə, iştirakçılar daha sonra forumda iştirak etmək üçün Şuşa şəhərinə gedəcəklər.
Xatırladaq ki, ötən gün qarşıdan gələn forum çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olub və “KİV-də islahatların dərinləşdirilməsi: yeni hədəflərə doğru” mövzusunda konfransda iştirak ediblər.