...

Çin səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub (FOTO)

Siyasət Materials 12 Avqust 2022 15:30 (UTC +04:00)
Çin səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Çinin Azərbaycandakı səfiri Gua Min Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və xanım səfir danışıqlar zamanı IX Qlobal Bakı Forumunun hesabatı təqdim olunmuş və X Qlobal Bakı Forumuna hazırlıq haqqında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.

Çin Xalq Respublikasının Səfirinə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2021-ci il Nizami Gəncəvi ili elan olunması çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi” adlı kitabı təqdim olunmuşdur.
Həmçinin səfirə Çin Xalq Respublikası ilə olan əməkdaşlığımız zamanı keçirilən tədbir və görüşlərlə bağlı sərgi təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti