...

Azərbaycan XİN Laçında meşələrin yandırılmasına münasibət bildirib (FOTO)

Siyasət Materials 16 Avqust 2022 14:20 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində meşələri yandırmasına münasibət bildirib.

Trend-in məlumatına görə, o bu barədə "Twitter" səhifəsində qeyd edib.

“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırılır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”, - deyə paylaşımda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti