...

Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir - Elçin Quliyev

Siyasət Materials 18 Avqust 2022 09:41 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir - Elçin Quliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir.

Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

E.Quliyev qeyd edib ki, sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər.

"Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən asılıdır. Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti