...

Prezident İlham Əliyev: Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır

Siyasət Materials 24 Avqust 2022 12:23 (UTC +04:00)
Prezident İlham Əliyev: Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır

Bakı. Trend:

Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.

Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti