...

Qaxda avtomobil yollarının tikintisinə 687 min manat vəsait ayrıldı - SƏRƏNCAM

Siyasət Materials 25 Avqust 2022 18:53 (UTC +04:00)
Qaxda avtomobil yollarının tikintisinə 687 min manat vəsait ayrıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncama əsasən, Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 687,0 (altı yüz səksən yeddi) min manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti