...

Diplomatlar Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyiblər (FOTO/VİDEO)

Siyasət Materials 26 Avqust 2022 16:46 (UTC +04:00)
Diplomatlar Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyiblər (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyib.

Trend xəbər verir ki, diplomatlar Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə işləri ilə tanış olub, tapılmış minaların zərərsizləşdirilməsi prosesinə baxış keçiriblər.

Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yenidənqurma və bərpa işləri barədə xarici diplomatları məlumatlandırıb.

O deyib ki, 30 illik işğal dövründə bu şəhərlər, kəndlər tamamilə dağıdılıb, ancaq Azərbaycan bu torpaqları yenidən bərpa edəcək.

"İşğal dövründə 8 şəhər tamamilə dağıdılıb, kəndlər Yer üzündən silinib, bu, işğalın nəticəsidir. Biz bu torpaqlarda yaşamı bərpa edəcəyik, minaları təmizləyib daha yaxşı şəhərlər, kəndlər tikəcəyik ki, vətəndaşlarımız qayıdıb burada evlərində gözəl həyat sürsünlər. Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşıları gecə gündüz işləyirlər ki, bu əraziləri təmizləsinlər, bu ərazilər mina ilə ən çox çirklənmiş ərazilərdir. Bu gün siz bu prosesi öz gözünüzlə görəcəksiniz", - deyə E.Hüseynov qeyd edib.

Daha sonra ANAMA-nın əməkdaşı minatəmizləmə prosesi barədə diplomatlara məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti