...

Biz Aİ prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk - Hikmət Hacıyev

Siyasət Materials 31 Avqust 2022 20:54 (UTC +04:00)
Biz Aİ prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk - Hikmət Hacıyev

Bakı. Trend:

Biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında bildirib.

“Biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası münasibətlərin normallaşmasına kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, - deyə Hikmət Hacıyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti