Bakı. Trend:
Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına, regionda sabitliyin və inkişafın təmin olunmasına qətiyyətlə sadiqdir
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
"Azərbaycan regional nəqliyyat kommunikasiyalarının açılmasının və Cənubi Qafqazın çiçəklənməsinin tərəfdarıdır. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və qəbul edilmiş təcrübələrə əsaslanır". - deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistanın əldə olunmuş razılaşmaların icrasından yayınmaq cəhdləri onu beynəlxalq öhdəlikləri pozan ölkəyə çevirir.
O qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi tək insident deyil, sadəcə olaraq son bir neçə ayda baş verən erməni təxribatıdır.
Yaşar Əliyev əlavə edib ki, Ermənistan Azərbaycan ərazisində mina basdırmaqda davam edir.