...

Ermənistan sərhəddə təxribatlarla sülh prosesini pozmağa çalışır - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi

Siyasət Materials 15 Sentyabr 2022 23:08 (UTC +04:00)
Ermənistan sərhəddə təxribatlarla sülh prosesini pozmağa çalışır - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi

Bakı. Trend:

Ermənistan sərhəddə təxribatlarla sülh prosesini pozmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları Azərbaycan ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təchizat yollarını minalamağa cəhd ediblər:

"Azərbaycan isə öz növbəsində Ermənistanın təxribatına cavab olaraq adekvat tədbirlər görüb”.

Y.Əliyev bildirib ki, təəssüf ki, Ermənistan nümayəndəsinin bəyanatları münasibətləri yaxşılaşdırmaq istəmədiyini göstərir:

"Azərbaycana qarşı təcavüz edən və 30 ildir ölkə ərazisini işğal edən Ermənistan indi özünün illərlə pozduğu norma və prinsiplərdən danışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti