Bakı. Trend:
Ümid edirik ki, Ermənistanın təxribatları yeni bir müharibəyə çevirilməz.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
"Ümid edək ki, indiki münaqişələr müharibəyə çevrilməsin. Türkiyənin rolu göz qabağındadır, biz danışıqlar prosesində hər zaman Azərbaycanın yanında olacağıq. Sülh və sabitliyin davam etməsini arzu edirik. Biz Azərbaycanın yanında olmuşuq və bundan sonra da olacağıq. Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan Paşinyanla Praqada görüşə bilər. Düşünürük ki, bu görüş öz töhfəsini verəcək.", - deyə İ.Kalın bildirib.