...

Trend və DHA arasında imzalanan müqavilələr həm Azərbaycan, həm də Türkiyə mediasına yeni uğurlar gətirəcək - Rəşad Məcid

Siyasət Materials 3 Oktyabr 2022 16:44 (UTC +04:00)
Trend və DHA arasında imzalanan müqavilələr həm Azərbaycan, həm də Türkiyə mediasına yeni uğurlar gətirəcək - Rəşad Məcid

Bakı. Trend:

Trend İnformasiya Agentliyi ilə DHA arasında imzalanan müqavilələr həm Azərbaycan, həm də Türkiyə mediasına yeni uğurlar gətirəcək.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid Trend və DHA agentlikləri arasında yeni müqavilələrin imzalanması mərasimində çıxışı zamanı deyib.

"Əvvəla mənə çox xoşdur ki, Mətbuat Şurasının sədri kimi ilk dəfədir ki, Trend Beynəlxalq İnformasiya Agentliyində rəsmi tədbirdə iştirak edirəm. Trend-in rəhbərliyinə və əməkdaşlarına sonsuz hörmət və ehtiramımı bildirirəm. Çox yaxşı ki, belə bir müqavilənin imzalanması səbəbi ilə buradayam. Türkiyədən tanınmış jurnalistlər, DHA agentliyinin baş direktoru Celal Korkut buradadır. Hesab edirəm ki, Azərbaycanın sanballı media qurumu olan Trend İnformasiya Agentliyi ilə bağlanan müqavilə həm Azərbaycan, həm Türkiyə mediasına uğurlar gətirəcək. DHA-nın çox gözəl planları var. Onlar artıq bu ildən Türkiyədə media liseyi açıb. Buna görə də sizi təbrik edirəm, Trend Agentliyinin geniş imkanlarından, proqram təminatından istifadə olunaraq Türkiyədə həm Azərbaycan, həm Türkiyə mediasına yeniliklər gətiriləcəyinə inanıram. Bir daha sizi təbrik edirəm, gələcək əməkdaşlığınız uğurlu olsun", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti