...

Ombudsman Ermənistanın Mingəçevirə raket hücumunun ildönümü ilə bağlı bəyanat yayıb

Siyasət Materials 5 Oktyabr 2022 11:15 (UTC +04:00)
Ombudsman Ermənistanın Mingəçevirə raket hücumunun ildönümü ilə bağlı bəyanat yayıb

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ermənistan silahlı qüvvələrinin Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla hərbi əməliyyatların aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə ilk raket hücumundan 2 il ötür. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bununla bağlı bəyanat yayıb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə bəyanatda deyilir:

"Ermənistanın Azərbaycanın 100 mindən artıq əhalisi olan və region üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Mingəçevir şəhərini qəsdən raket atəşinə tutması nəticəsində dinc əhali arasında müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olmuş və onlara külli miqdarda ziyan dəyib.

Mingəçevir şəhərindəki su anbarının və elektrik stansiyasının vurulmasının Ermənistan tərəfindən xüsusi olaraq hədəfə alınması isə ilk növbədə çoxsaylı insan tələfatının baş verməsinə və Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadların yaranmasına nail olmaq məqsədilə həyata keçirilib.

Bununla bağlı tərəfimizdən beynəlxalq təşkilatlara müraciət edilərək mülki əhalinin yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququna qəsd etməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, region üçün dərin ekoloji fəlakət riskinin yaranmasına səbəb olan Ermənistanın cinayətkar əməllərindən qeyd-şərtsiz çəkindirilməsinə dair çağırış edilib.

Lakin bütün bunlara baxmayaraq, son dövrlər Ermənistan tərəfi Azərbaycana qarşı genişmiqyaslı hərbi hücümlar həyata keçirməklə, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızda təxribat-diversiya qrupları vasitəsilə çoxsaylı minalar basdırmaqla vəziyyəti gərginləşdirməyə, işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə bərpa-quruculuq işlərini ləngitməyə çalışır, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmininə maneə yaratmaqda davam edir”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti