...

Avstriya mətbuatında Xocavənddə tapılan kütləvi məzarlıq barədə məqalə dərc olunub

Siyasət Materials 6 Oktyabr 2022 11:50 (UTC +04:00)
Avstriya mətbuatında Xocavənddə tapılan kütləvi məzarlıq barədə məqalə dərc olunub

Bakı. Trend:

Avstriyanın dasfazit.at onlayn qəzetində "Ermənistan kütləvi məzarlıq yerlərinin xəritələrini vermir" adlı məqalə dərc olunub.

Trend-in məlumatıa görə, məqalədə Xocavənd rayonun Edilli kəndində tapılmış kütləvi məzarlıqdan bəhs edilir.

Qeyd olunur ki, məzarlıqda aşkar edilmiş qalıqlar azərbaycanlı hərbçilərə məxsusdur.

"Hazırda Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6 skelet sümüyü, üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqarət kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək", - deyə Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin şöbə rəisi Nuranə Hüseynovanın sözləri sitat gətirilir.

Məqalədə vurğulanır ki, bu cür kütləvi məzarlıqlar tək Xocavənd rayonunun Edilli kəndində yox, eyni zamanda, işğaldan azad olunan digər ərazilərimizdə də, Xocalı kəndlərindən birində, Kəlbəcərin Başlıbel kəndində, Ağdam, Füzuli rayonlarında və digər ərazilərdə aşkar olunub.

Həmçinin vurğulanır ki, Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini təqdim etmir.

Materialda qeyd olunur ki, Eyni zamanda, bu məhkəmədən kənar və özbaşına qətllərin törədilməsi Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə və Cenevrə Konvensiyasının üçüncü maddəsinə əsasən, beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti sayılır. Bundan başqa, müharibə qaydaları barədə Haaqa Konvensiyasında da mülki əhaliyə, müharibədə iştirak etməyən əhaliyə, əsir və girovlara qarşı bu cür törədilmiş cinayətlərin beynəlxalq humanitar hüquqa əsasən, müharibə cinayəti sayıldığı qeyd edilib.

Məqalədə bildirilir ki, itkin düşmüş ailələr beynəlxalq hüquq normalarına görə, öz itkin düşən ailə üzvləri haqqında məlumat almaq hüququna malikdirlər. Ermənistan kütləvi məzarlıqların müfəssəl məlumatını təqdim etməməklə həmin ailələrin hüquqlarını da pozub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti