...

Təəssüf ki, Fransa obyektiv ola bilmir - Mövlud Çavuşoğlu

Siyasət Materials 17 Oktyabr 2022 15:34 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüf ki, Fransa və Fransa prezidenti Makron obyektiv ola bilmir.

Trend-in məlumatına görə bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib.

"Praqada dördtərəfli görüş keçirildi. Anladığım qədəri ilə, hətta bu iclası da Azərbaycana təzyiq göstərmək üçün keçirmişdilər. Amma artıq sizin qarşınızda hər dediyinizi qəbul edən bir Azərbaycan yoxdur, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Təxribat törədən edən ortadadır. İşğalçının kim olduğunu hər kəs bilirdi. 30 il Qarabağ problemi niyə həll olmadı? Buna səbəb Minsk üçlüsünün Rusiya, ABŞ, Fransının qeyd-şərtsiz Ermənistana dəstək verməsidir. Azərbaycan 30 il səbr etdi. Nəticədə öz torpaqlarını Ermənistanın işğalından azad etdi. Beynəlxalq hüquqa əsasən, Qarabağ Azərbaycan torpağıdır", - deyə M. Çavuşoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti