...

Ermənistan mülki əhalini hədəf alaraq müharibə cinayəti törədib - Fərid Şəfiyev

Siyasət Materials 19 Oktyabr 2022 12:54 (UTC +04:00)
Ermənistan mülki əhalini hədəf alaraq müharibə cinayəti törədib -  Fərid Şəfiyev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

30 illik münaqişə dövründə azərbaycanlılara qarşı çoxsaylı qırğınlar törədilib, bu həm mülki, həm də hərbi itkilər olub.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün keçirilən “Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.

O bildirib ki, problemlər qalmaqda davam edir: "Hələ də Azərbaycan torpaqlarında erməni hərbi birləşmələri var. Bir neçə gün öncə ikinci Qarabağ müharibəsi dövründə Gəncəyə mülki infrastruktura endirilən zərbələrin ikinci ildönümü qeyd olundu. 2020-ci ilin oktyabrında aktiv döyüşlərin getdiyi yerdən uzaqda olan Azərbaycanın ikinci böyük şəhəri bombalandı, bu ərazilərdə heç bir hərbi infrastruktur yox idi, onlar mülki əhalini hədəf alaraq müharibə cinayəti törətdi. Bu, ilk hal deyildi. Birinci Qarabağ müharibəsində Ermənistan tərəfi Xocalı faciəsini törətmişdi, bunu Ermənistanın keçmiş prezidenti Sarkisyan alman mediasına müsahibəsində açıq şəkildə bildirmişdi".

F. Şəfiyev deyib ki, bu gün Azərbaycan öz həqiqətlərini dünyaya çatdıranda çətinliklə üzləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti