...

Aİ-nin Azərbaycan kimi tərəfdaşlara ehtiyacı var - Damyan Krneviç

Siyasət Materials 19 Oktyabr 2022 16:53 (UTC +04:00)
Aİ-nin Azərbaycan kimi tərəfdaşlara ehtiyacı var - Damyan Krneviç
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Azərbaycan kimi tərəfdaşlara ehtiyacı var.

Trend-in məlumatına görə, bunu bu gün ADA Universiteti nəzdində İnkişaf və Siyasət İnstitutunun Araşdırmalar siyasətinin təhlili şöbəsinin direktoru Damyan Krneviç "Aİ-nin Cənubi Qafqaza və Şərq tərəfdaşlığına gələcək yanaşması" adlı panel müzakirələrdə deyib.

"Bu gün Aİ başa düşür ki, İttifaqın hüdudlarından kənarda əməkdaşlığı genişləndirmək lazımdır və Azərbaycan bu baxımdan başlıca tərəfdaşlardandır", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə 2017-ci ildən bəri davam edən hərtərəfli sazişlə bağlı danışıqları keyfiyyətcə yeni səviyyəyə çıxarıb.

D.Krneviç qeyd edib ki, Aİ-nin Azərbaycanla Ermənistan arasında sülh prosesi, o cümlədən, sərhədlərin delimitasiyası prosesində vasitəçilik rolu da çox vacibdir.

"Əgər Aİ Azərbaycan qarşısında bu öhdəlikləri yerinə yetirməsə, bütün Cənubi Qafqazda öz təsirini itirəcək", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti