...

Bu gün AzTV-də "Həftə" verilişinin növbəti buraxılışı yayımlanacaq (VİDEO)

Siyasət Materials 20 Noyabr 2022 17:41 (UTC +04:00)
Bu gün AzTV-də "Həftə" verilişinin növbəti buraxılışı yayımlanacaq (VİDEO)

Bakı. Trend:

Bu gün AzTV-də "Həftə" verilişinin növbəti buraxılışı yayımlanacaq.

Rövşən Məmmədovun təqdimatında efirə gedəcək verilişdə geridə qalmaq üzrə olan həftənin ən mühüm hadisələri dəyərləndiriləcək. "Həftə"nin əsas mövzusu Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəridir. Azərbaycan-Albaniya dialoqunun perspektivləri və Bakı-Tirana əməkdaşlığının prioritetlərinə proqramda geniş yer ayrılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı səfir vəzifəsindən imtina etməklə UNESCO-ya verdiyi diplomatik mesajlar AzTV-nin həftəlik yekun xarakterli verilişində təhlil olunacaq. Bununla yanaşı, Rövşən Məmmədov sülh danışıqları ilə bağlı manipulyativ ritorikasını davam etdirən Ermənistanı gözləyən son və Fransanın Azərbaycana qarşı əl atdığı siyasi avantüralardan danışacaq.

"Həftə"nin digər önə çıxan mövzusu İranda davam edən aksiyalar və molla rejiminin həmyerlilərimizə qarşı xüsusi qəddarlığıdır. Məsələ ilə bağlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının Lideri Mahmudəli Çöhrəqanlı da öz fikirlərini bildirəcək.

"Həftə" bu axşam saat 20:00-da efirə gedəcək. Qeyd edək ki, verilişdə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda baş verən ən aktual ictimai-siyasi hadisələr təhlil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti