...

İranın Azərbaycanla münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır – İran XİN

Siyasət Materials 21 Noyabr 2022 12:58 (UTC +04:00)
İranın Azərbaycanla münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın qonşularla, o cümlədən Azərbaycanla münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Nasir Kənani bu gün Tehranda keçirilən brifinqdə deyib.

N.Kənaninin sözlərinə görə, İran qonşu ölkələrlə əməkdaşlıq məsələlərinə önəm verir.

“İranın Azərbaycanla münasibətlərdə siyasəti birgə fəaliyyət nüanslarına diqqət yetirmək və ixtilaflı məsələlərdən çəkinməkdir. Son vaxtlar Azərbaycanla ikitərəfli münasibətlərdə müsbət mesajlar almışıq”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti