...

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb (FOTO)

Siyasət Materials 9 Dekabr 2022 19:07 (UTC +04:00)
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev və Türkiyə Respublikasının Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərliyi ilə Türkiyənin Ankara şəhərində keçirilən 14-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əsas fəaliyyət istiqamətləri müzakirə edilib.

Görüşün sonunda iclasın yekun protokolu imzalandıqdan sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin hərbi təhsil müəssisəsini ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti