...

Azərbaycan və Niderland Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər

Siyasət Materials 14 Dekabr 2022 12:22 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev və Niderland Xarici İşlər Nazirliyinin (XİN) Siyasi Məsələlər Departamentinin direktor müavini Erika Şouten Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.

Trend-in verdiyi məlumata görə, bu barədə səfir Tvitter səhifəsində yazıb.

“Bizim Erika Şoutenlə regional təhlükəsizlik, insan haqları, Azərbaycan və Niderland münasibətləri, münaqişədən sonrakı vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və Laçın dəhlizindəki vəziyyətlə bağlı gözəl görüşümüz və səmimi söhbətimiz oldu", - deyə səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti