Bakı. Trend:
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas işi geosiyasəti xarici tərəfdaşlara çatdırmaq. Bununla əlaqədar Azərbaycanda və xaricdə müxtəlif tədbirlər keçirilməkdir.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Yaxın Şərqdəki erməni diasporu haqqında tezliklə məruzəmiz olacaq. Biz Fransada, Rusiyada və Argentinada erməni diasporu ilə bağlı müfəssəl araşdırma aparmışıq. Bu araşdırmalar həmin ölkələrdə fəaliyyət göstərən beyin mərkəzləri ilə birlikdə hazırlanıb. Onların əksəriyyəti ingilis dilindədir", - deyə Fərid Şəfiyev qeyd edib.