Bakı. Trend:
Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Trend-in məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən, dövlət başçısının rəhbərliyi altında Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, keçdiyi böyük inkişaf yolundan söz açıb.
S.Qafarova Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu göndərməyi təklif edib.
Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.