...

Prezident İlham Əliyev Transxəzər qaz kəməri mövzusunun siyasiləşdirilməsinin əleyhinə olduğunu bildirib

Siyasət Materials 10 Yanvar 2023 19:01 (UTC +04:00)
Prezident İlham Əliyev Transxəzər qaz kəməri mövzusunun siyasiləşdirilməsinin əleyhinə olduğunu bildirib

Bakı. Trend:

Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən bunun əleyhinəyəm. Çünki mən həmişə real layihələr üzərində işin aparılmasının tərəfdarı olmuşam.

Trend-in məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Transxəzər qaz kəməri ilə bağlı Azərbaycanın mövqeyinə dair sualı cavablandırarkən söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, hələ bir çox açıq suallar var və onlara cavab veriləndən sonra bu layihə həyata keçirilə bilər.

“Çünki prinsip etibarilə mən hesab edirəm ki, bu layihə iqtisadi cəhətdən səmərəli ola bilər, amma texniki-iqtisadi əsaslandırma gərəkdir, əlbəttə, bu təsdiqlənməlidir. Qazın sahibi istehlakçılarla kontraktlar imzalanmalıdır, hansı qiymətə satılacaq. Çünki məsafə nə qədər uzun olsa, bir o qədər də xərclər artır. Amma yenə də biz həmişə bu layihəyə siyasi dəstək vermişik. Əgər bizə bu layihə ilə bağlı müraciət olunarsa, əlimizdən gələni edəcəyik ki, kömək göstərək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti