...

Azərbaycanda sosial islahatlar qlobal böhranın təsirlərini azaltmağa imkan verib - Vüqar İskəndərov

Siyasət Materials 11 Yanvar 2023 19:00 (UTC +04:00)
Azərbaycanda sosial islahatlar qlobal böhranın təsirlərini azaltmağa imkan verib - Vüqar İskəndərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar nəticəsində respublikamızın iqtisadi və sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib. Bu uğurlar isə bizə mümkün qlobal problemlərin təsirlərini yüngülləşdirmək üçün kömək edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Depuat bildirib ki, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib.

“Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bəyan etdiyi kimi, hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir”, - deyə deputat bildirib.

V.İskəndərovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün hazırda hər yerdə müşahidə olunan mənfi təsirə məruz qalıb.

“Ancaq hazırkı vəziyyət xalqımız üçün sosial layihələrlə, proqramlarla yüngülləşdirilir. Dövlət başçısının bəyan etdiyi kimi, minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb. Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq”, - deyə deputat bildirib.

O qeyd edib ki, həmçinin, ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb.

“Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və dövlət başçsı qeyd edib ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Cənab Prezident “Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk” deyib. Bu da Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin əhalinin social rifah halınn daha da gücləndirlməsi üçün davamlı addımlar atdığını bir daha təsdiq edir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti