...

Ölümün qeydə alınması qaydasını pozanlar üç yüz manatadək cərimələnəcək

Siyasət Materials 14 Yanvar 2023 11:27 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliyə əsasən məcəllənin 43.1-ci maddəsinə aşağıdakı məzmunda 562-1-ci maddə əlavə edilir

“Maddə 562-1. Ölümün qeydə alınması qaydasının pozulması

562-1.1. Tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -

vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

562-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -

vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”.

Xəbər lenti

Xəbər lenti