...

Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi Aİ-nin maraqlarına zərbədir - Elçin Mirzəbəyli

Siyasət Materials 16 Yanvar 2023 11:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın ölkəmizə qarşı sərgilədiyi beynəlxalq hüquqa zidd, ədalətsiz, qərəzli siyasət təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına süni əngəllər yaratmır, eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarına və enerji təhlükəsizliyi ilə bağlı strateji hədəflərinə zərbə vurur.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, rəsmi Parisin, ən müxtəlif səviyyələrdə xatırlatmalara və xəbərdarlıqlara baxmayaraq, öz aqressiv, hüquqi və siyasi baxımdan əsaslandırılmamış davranışlarını davam etdirməsi, bu siyasətin bilərəkdən, məhz Avropa İttifaqı-Azərbaycan münasibətlərində ziddiyyət yaratmaq məqsədilə həyata keçirildiyini sübuta yetirir.

“Artıq Avropa İttifaqının mərkəzi təsisatlarında və təbii ki, Aİ üzvü olan ölkələrdə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyinin əsasında hansı amillərin dayandığını başa düşür və ölkəmizlə qarşılıqlı münasibətlərin qorunub-saxlanılmasına, inkişafına xidmət edən mövqe sərgiləyirlər.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi də bunu bir daha sübuta yetirir. Telefon söhbəti zamanı Frank-Valter Ştaynmayerin ölkəsinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini bəyan etməsi isə, Almaniyanın prosesə hər hansı dördüncü tərəfin müdaxiləsinə qarşı olduğunu nümayiş etdirir. Buna səbəb olan amillərdən biri də şübhəsiz ki, Fransanın Azərbaycan ətrafında təzyiq mühiti yaratmaq cəhdlərinin iflasa uğraması və rəsmi Parisin “təşəbbüsü” ələ almaq niyyətinin uğursuzluğa düçar olmasıdır”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti