Bakı. Trend:
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması deməkdir. Aydın məsələdir ki, Azərbaycan ərəb dünyası və Körfəz ölkələri ilə iqtisadi münasibətləri daha da inkişaf etdirmək niyyətindədir...
Trend-in məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılışı" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Ceyhun Məmmədov - Milli Məclisin deputatı, Turab Rzayev - siyasi şərhçi, Rufiz Hafizoğlu - Trend BİA-nın direktor müavini və Fuad Çıraqov - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: