...

İşğaldan azad edilmiş ərazilərin rezidentləri 10 il müddətinə idxal gömrük rüsumundan azad edilir

Siyasət Materials 26 Yanvar 2023 13:58 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərin rezidentləri 10 il müddətinə idxal gömrük rüsumundan azad edilir

Bakı. Trend:

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib

Trend xəbər verirki, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük idxal rüsumundan azad edilir.

Xəbər lenti

Xəbər lenti