...

Azərbaycan və Misir müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün böyük potensiala malikdir

Siyasət Materials 27 Yanvar 2023 15:24 (UTC +04:00)
Azərbaycan və Misir müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün böyük potensiala malikdir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla münasibətləri gücləndirmək istəyən beynəlxalq tərəfdaşların sayı hər il artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu, çoxşaxəli xarici siyasəti nəticəsində bütün dünyada getdikcə daha çox tərəfdaş cəlb edən ölkənin beynəlxalq arenada rolu artmaqdadır.

Azərbaycanla ərəb dünyası arasında böyük tarixi və mədəni əlaqələr mövcuddur və Misir bu baxımdan mühüm yer tutur.

Misir prezidenti Fəttah Əs-Sisinin 2023-cü il 27-28 yanvar tarixlərində baş tutacaq səfəri ölkələr arasında ikitərəfli əməkdaşlığa təkan verməli və yeni səhifə açmalıdır.

Ötən il Azərbaycanla Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olub. Bütün bu illər ərzində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə möhkəm əməkdaşlıq qurulub.

İki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci il martın 27-də qoyulub. Misirin Bakıdakı səfirliyi 1993-cü ilin aprel ayından, Azərbaycanın Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvar ayından fəaliyyət göstərir.

O vaxtdan bəri iki ölkə energetika, əczaçılıq, mədənçıxarma sənayesi və bir çox digər sahələrdə qarşıqlı səmərəli münasibətlərə malikdir. Bu günədək Misir və Azərbaycan əməkdaşlığa dair 60-a yaxın razılaşma imzalayıb.

Azərbaycan və Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Birgə Komissiya 2022-ci il 3 oktyabr tarixində yaradılıb. Bundan başqa, Azərbaycan parlamentində Azərbaycan parlamentində Azərbaycan-Misir parlamentlərarası ələqələr üzrə işçi qrup fəaliyyət göstərir.

Hökumətlərarası komissiyanın beşinci iclası 2022-ci il fevralın 25-də Bakıda keçirilib. Görüşün yekunlarına əsasən iki ölkənin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Misirin Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan-Misir Biznes Şurasının yaradılması haqqında, AZPROMO və MisirLİ Iş Adamları Assosiasiyası arasında; “Bakı Beynəlxalq Dəniz Limanı” QSC ilə İsgəndəriyyə limanı arasında 4 anlaşma memorandumu imzalanıb. Eyni zamanda görüş çərçivəsində Azərbaycan-Misir biznes forumu keçirilib.

Son statistik məlumatlara əsasən, Azərbaycanla Misir arasında 2022-ci ilin yanavr-noyabr ayları ərzində əmtəə dövriyyəsi 16,1 milyon dollar təşkil edib ki, bunun da 2,5 milyon dolları Azərbaycandan Misirə ixracın, 13,6 milyon dolları isə ölkədən idxalın payına düşüb.

Ölkələr arasında, həmçinin, müntəzəm aviaəlaqələr mövcuddur. Hazırda Air Cargo həftədə bir dəfə Bakıdan Şarm-əl-Şeyx kurort şəhərinə və əks istiqamətdə reyslər həyata keçirir. Ötən ilin iyul ayında “Azərbaycan Hava Yolları”nın (AZAL) prezidenti Cahangir Əsgərov və Misirin Azərbaycandakı səfiri arasında Hişam Mohamed Nağı Abdel Həmid mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlıq mövzusuna həsr olunmuş görüş keçirildi. Tərəflər iki ölkə arasında avia əlaqələrin genişləndirilməsində və Qahirə ilə Bakı arasında mütəmadi sərnişin və yük daşınmasında maraqlı olduqlarını bildirdilər.

Bundan başqa, Misir dəfələrlə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yenidənqurma işlərində maraqlı olduğunu ifadə edib. Misirin tikinti və yol infrastrukturu üzrə ixtisaslaşmış nəhəng Al Mocawloon Al Arab və Dorra Group şirkətləri Azərbaycana səfər edərək yenidənqurma işlərində iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Ötən illər ərzində rəhbərlik səviyyəsində bir sıra mühüm qarşılıqlı səfərlər baş tutub. 2016-cı il 2 noyabr tarixində Azərbaycanın o zamankı xarici işlər naziri Elmar Məmmədyarov Misirə rəsmi səfər edib. 2016-cı il 30 sentyabr tarixində Məmmədyarov Misir parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Mohammed Orabini və 5-ci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən sabiq xarici işlər nazirini qəbul edib.

Eyni zamanda, Misirin də daxil olduğu Ərəb Dövlətləri Liqasına üzv olan bütün dövlətlər, həmçinin, hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) üzvüdür. 2019-cu il 24-26 oktyabr tarixlərində Misirin xarici işlər naziri Sameh Şükri Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak etmək üçün Azərbaycana səfər edib. Beləliklə, Azərbaycan və Misir Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı inam və dəstəyi möhkəmləndirib.

Möhkəm siyasi əlaqələr dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməsinə kömək edib. Bütün bunları nəzərə alaraq, Azərbaycan və Misir arasında əməkdaşlıq dünya arenasında qarşılıqlı dəstəyə əsaslanmış gələcək inkişaf üçün böyük potensiala malikdir.

İstər Avropa ölkələri ilə, istərsə də türk dünyas, həmçinin, ərəb dövlətləri ilə möhkəm tərəfdaşlıq əlaqələri quran Azərbaycan özünün etibarlı, etimada layiq tərəfdaş imicini daha da gückləndirməkdədir. Azərbaycan Prezident İlham Əliyevin səyləri sayəsində işgüzar mühitdə mühüm uğurlara nail olub. Beləliklə, dünyanın böyük şirkətləri Azərbaycanda perspektiv sahələrə böyük vəsaitlər ayırmaqda maraqlıdır və əlbəttə ki, Misir bundan kənarda qala bilməz. Stabillik, əla işgüzar və investisiya mühiti, həmçinin, ölkə rəhbərliyinin nümayiş etdirdiyi ciddi siyasi iradə Azərbaycan iqtisadiyyatının müvəffəqiyyətinin və ölkənin tərəfdaşları ilə uğurlu ikitərəfli münasibətlərinin təminatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti