...

Moldova XİN Azərbaycan xalqına başsağlığı verib

Siyasət Materials 27 Yanvar 2023 16:09 (UTC +04:00)
Moldova XİN Azərbaycan xalqına başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Moldovanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.

"Moldova bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu, mühafizə rəisinin həlak olması və iki mühafizəçinin yaralanmasını qətiyyətlə pisləyir", - paylaşımda deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti