...

Səudiyyə Ərəbistanı XİN Tehrandakı terror aktını kəskin şəkildə pisləyib

Siyasət Materials 27 Yanvar 2023 18:11 (UTC +04:00)
Səudiyyə Ərəbistanı XİN Tehrandakı terror aktını kəskin şəkildə pisləyib

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə silahlı hücumu şiddətlə pislədiyini bildirir.

Trend xəbər verir ki, bu barədə Krallığın XİN-i tvitterdə paylaşım edib.

"Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Krallığın dost Azərbaycan Respublikası və xalqı ilə bu çətin gündə həmrəyliyini təsdiq edir və Diplomatik missiyanın toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır", - paylaşımda deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti